"28 may" NQÇİ-nin Mənzil-Kommunal Təsərrüfatında vaxtilə çilingər-santexnik işləyən Həsən Həsənov redaksiyamıza müraciət edərək əməkdaşımıza bidirib ki, neçə illərdir onun şikayətlərinə baxan yoxdur.

H.Həsənovun sözlərinə görə, o, uzun müddət çalışdığı SOCAR-dan 2018-ci ildə qanunsuz olaraq işdən çıxarılıb. Bildirib ki, dəfələrlə "28 may" Neft və Qazçıxarma İdarəsində baş verən qanunsuzluqlar barədə aidiyyəti qurumlara şikayət etsə də, heç bir tədbir görülməyib.

O, məcburiyyət qarşısında qalaraq dövlət başçısına rəsmi müraciət edib. Məsələnin araşdırılması “Azneft” İB-nin şöbə rəisi Mübariz Şamilova həvalə edilib. H.Həsənov bildirib ki, ancaq şöbə rəisi Mübariz Şamilov onun şikayətinə baxmır: “İndi nə işə bərpa olunuram, nə də şikayətimə cavab verilir. Bundan sonra nə edəcəyimi bilmirəm. Dərdimi kimə deyim ki, mənim işimə baxsınlar? Qəzetiniz vasitəsilə aidiyyəti qurumlara müraciət edirəm ki, bəlkə səsimi eşidib mənə bir kömək edən tapıldı”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN