Q3 Holdinqinin təsisçisi iğtişaşlarda günahlandırılır.

Qazaxıstanda Almatı şəhər məsləhətinin (məclisinin) deputatı Kayrat Kudaybergen bir ay müddətinə həbs edilib (kazinform).

“İstintaq məhkəməsinin qərarı ilə istintaq orqanının vəsatəti təmin edilib. Kudaybergenlə bağlı əməlin kvalifikasiyası barədə qərar qəbul edilənədək, 30 gün müddətinə həbs qətimkan tədbirinin tətbiqinə sanksiya verilib”, - deyə ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Almatı şəhər prokurorluğunun məlumatına görə, Kayrat Kudaybergen Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 272-ci maddəsinin 1, 2-ci hissələri (kütləvi iğtişaşların təşkili və iştirak) ilə şübhəli bilinir.

Kayrat Kudaybergen 2018-ci ilin mart ayından Almatı məsləhətinin deputatıdır.

O, Qazaxıstanın tanınmış iş adamı, həmçinin Q3 Holdinqinin təsisçisidir.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə  ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.bVəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılır.

Tokayevin  KTMT-yə müraciətindən sonra ölkəyə qoşun yeridildi...

Qazaxıstanın Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 4578 nəfər xəsarət alıb, 19-u təhlükəsizlik  əməkdaşları olmaqla 225 nəfər həlak olub.

Qeyd edək ki, ölkədə baş vermiş iğtişaşlarla əlaqədar, ümumilikdə 3024 cinayət işi üzrə istintaq aparılır. Fevral ayında ölkədə yanvar hadisələrindən sonra işgəncə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 170 fakt üzrə cinayət işi başlanıldığı barədə məlumat yayıldı.

Qazaxıstan həbsxanalarında 6 nəfər ağır işgəncələrə dözməyərək həyatını itirib.

Bu barədə Respublika Baş Prokurorluğunun xüsusi prokurorluq xidmətinin rəhbəri Rizabek Ojarov bildirmişdi.

“Belə halların hamısı bizə təhvil verilməyib. Yalnız, ağır nəticələri, daha dəqiqi - həbs olunanların ölümü qeydə alınan hallardı. Əldə etdiyimiz məlumata görə, belə şəraitdə iki nəfər Alma-Atada, üç nəfər Şərqi Qazaxıstan vilayətində, bir nəfər isə Taldıkorqanda müvəqqəti saxlanma təcridxanasında həlak olub”, - deyə  Ojarov “Kazaxstanskaya Pravda” qəzetinə müsahibəsində bildirib.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN