Qardaşı David mitinqlərin davam edəcəyini

deyir, müxalifət partiyasının millət vəkili isə Polşada müalicəsini təklif edir...

Gürcüstan KİV-i xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının millət vəkili Levan Xabeişvili Polşanın sabiq prezident Mixeil Saakaşvilini öz hesabına müalicə etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Sakkaşvili heç zaman siyasəti tərk etməyəcək.

“Hamı bilir ki, bu ölkədə hər şeyi Borenka İvanişvili həll edir, Borenka hələ də Kremldən göstərişlər alır. Mən təsdiq edib sizə deyə bilərəm ki, Polşa hökuməti prezident Saakaşvilini sağaltmağa hazırdır", - deyə Xabeişvili əlavə edib.

Bu arada Saakaşviliyə dəstək aksiyasının bu gün Batumidə davam edəcəyi də bildirilib.

Bu barədə Saakaşvilinin qardaşı David Saakaşvili açıqlama verib.

O, bildirib ki, Saakaşvilinin ailəsi də həmin mitinqə qatılacaq: "Mişanın həyatını xilas etmək üçün genişmiqyaslı mitinqlə Tbilisiyə qayıdacağıq. Bizim birləşib xilas etməkdən başqa çarəmiz yoxdur. Bu isə başlanğıcdır”, - deyə David Saakaşvili bildirib.

 Xatırladaq ki, ötən il oktyabrın 1-də həbs olunmuş Mixeil Saakaşvili Rustavi şəhərindəki 12 saylı həbsxanaya aparılmışdı. Oktyabrın 2-də isə Gürcüstanda  yerli idarəetmə orqanlarına seçkilər keçirildi. Həmin ərəfədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirmişdi ki, Saakaşvili indi Kiyevə qaytarılmasını tələb edir: “Lakin bu, 6 ildən sonra mümkün ola bilər”.

Prezidenti Salomi Zurabişvili isə “Mixeil Saakaşvili heç vaxt əfv olunmayacaq”, - deyə vurğulamışdı.

Qeyd edək ki, həbsdə olan Gürcüstanın üçüncü prezidentinin səhhətinin çox ağır olduğu bildirilir.

Gürcüstan ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze isə bu günlərdə bildirib ki, Saakaşvilinin vəziyyəti o qədər ağırdır ki, onun xaricdə müalicəyə ehtiyacı var və əgər belə davam edərsə o, əlil qala bilər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN