Xerson vilayətinin işğal olunmuş hissəsindəki “zirzəmilərdə” işğalçılar tərəfindən işgəncələrə məruz qalan beş yüzə yaxın insan var.

UNİAN-ın məlumatına görə, bunu brifinqdə Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva açıqlayıb.

"Bizdə olan məlumata görə, 500-ə yaxın insan "zirzəmilərdə"dir və onlara işgəncə verilir. Bu, həm Xersonda, həm də Krımla inzibati sərhəddədir”.

Taşeva bildirib ki, Novoalekseevka və Geniçesk şəhərlərində işğal qurumları fəalların, yaxud Krımın vətəndaş blokadasındakı ATO-da xidmət edən insanların siyahıları ilə gələrək onları evlərindən aparırlar, oğurlayırlar.

Taşevanın sözlərinə görə, işğalçılar 2014-cü ildə Krımda həyata keçirilən ssenariyə bənzər bir ssenari üzrə hərəkət edirlər.

Qeyd edək ki, iddialara görə,  o zaman fəallar və jurnalistlər arasında “təmizləmə” aparıldıqdan sonra “referendum” keçirilib.

Xatırladaq ki, fevralın 24-də Rusiya "xüsusi əməliyyat" adı altında Ukraynaya hücum edib. Bu gün Ukraynada başladılan müharibənin 72-ci günüdür (06.05.2022). Tərəflərin nümayəndə heyətlərinin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, razılaşma əldə olunmayıb.

Müharibə isə hər gün yeni dağıntılara, itkilərə, müsibətlərə səbəb olmaqda davam edir. Bütün bu dəhşətin nə zaman bitəcəyi isə sual altındadır...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN