"28 May" neft-qaz çıxarma idarəsinin (NQÇİ) rəisi Zaur Bağırov zərərli işdə çalışan işçilər üçün ayrılan südün birbaşa onlara verilməsinə qadağa qoyub.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün "facebook" səhifəsində yazıb.

Hüquq müdafiəçisi yazır:

""Azneft" İstehsalat Birliyinin SƏTƏM üzrə baş direktorun müavini Namiq Hüseynovun diqqətinə. Araşdırılmasına ciddi ehtiyac duyulur.

...Bildiyiniz kimi, zərərli işdə çalışan hər bir işçiyə işəgötürən tərəfindən gündəlik minimum 500 qr süd verilməlidir. “28 May” NQÇİ-nin rəhbəri Zaur müəllim (Bağırov) idarəyə rəhbər təyin olunandan zərərli işdə çalışan işçilər (“28 May” və digər podratçı şirkət işçilərinə) üçün ayrılan südün birbaşa işçiyə verilməsinə qadağa qoyub. Belə ki, zərərli işdə çalışan işçilər üçün ayrılan süd "Xəzər İaşə”nin aşpazına, yaxud da platforma komendatına təhvil verilir. Və süd dolayısı ilə yenidən şef aşpazın və komendatın birlikdə tərtib etdiyi ümumi menyüyə daxil edilib işçilərə satılır. Yəni bu südün də pulu NK qərarına əsasən işçilər üçün ayrılmış 30 manatdan çıxılır. "Xəzər İaşə”nin ərzaq məhsullarının arasında süd gəlmir. Süd zərərli sahədə çalışan işçilər üçün əlahiddə, “Azneft” İstehsalat Birliyi tərəfindən göndərilən süddür.

Qeyd: “28 May” NQÇİ-də 14 DDÖ var. Hər DDÖ-də gündəlik süd payı təqribən 50 litrdən az deyil. Südün 1 litri də 2 AZN-dən az deyil. Bu halda, gündəlik 1000 AZN, aylıq 30000 AZN hansı hesaba daxil olur?

ARƏM Maddə 215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri - əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin edir".

İddia olunanlarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN