Mətbuata müraciət edən Bakı şəhər sakini Kamil Əliyev (ad şərtidir) bildirib ki, Rusiyada yaşayıb işləyən oğlu ona bank sistemi ilə 1000 USD köçürüb. “Rabitəbank”ın Bakıdakı filiallarından birinə yaxınlaşıb oğlunun yolladığı pulu almaq istəyən ona deyiblər ki, pul vəsaiti yalnız manatla ödənilə bilər. Amma K.Əliyev pul vəsaitini dollarla almaq istədiyini bildirib. Bankın əməkdaşları onun etirazlarını cavabsız qoyduğundan, o, mətbuata müraciət edib və sözügedən problemə aydınlıq gətirilməsini xahiş edib.

Məsələyə aydınlıq gətirən bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov açıqlamasında bildirib ki, pul vəsaiti hansı valyutada köçürülübsə, həmin valyutada da verilməlidir. Yəni şikayətçinin tələbi tamamilə qanunidir. Bankın bu davranışı isə qanuna ziddir.

“Rabitəbank”ın baş ofisindən məsələ ilə bağlı bildirilib ki, hazırda vəsaitlər yalnız manat şəklində təqdim olunur. Bunun səbəbini soruşduqda cavab veriblər ki, bankdaxili qaydalara əsasən vəsaitlər hazırda yalnız manatla ödənilir, istəsələr, başqa bir banka müraciət edə bilərlər, “Rabitəbank”da qaydalar belədir...

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN