2022-ci il hazırlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində nümunəvi ictimai-siyasi hazırlıq dərsləri keçirilib.
Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən yaradılan komissiyanın iştirakı ilə keçirilən dərslərdə hərbi kollektivdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, milli-mənəvi dəyərlərə ehtiramın, o cümlədən xalqa, dövlətə və Hərbi anda sədaqətin şəxsi heyətə daha dərindən aşılanmasının əhəmiyyətindən danışılıb.
Qeyd edək ki, dərslərin səmərəli və keyfiyyətli təşkili ilə fərqlənən qrup rəhbərləri Azərbaycan Ordusu üzrə keçiriləcək "Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri" müsabiqəsində iştirak edəcək.
E.ŞİRİNOV