Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hərbi qulluqçu olduğu qeyd edilən şəxsin törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşmasına münasibət bildirib.
Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib və digər qanunsuz hərəkətlərə yol verib.
Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq, araşdırılması üçün cari ilin martında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.
Aprelin 11-də onun barəsində cinayət işi qaldırılıb və barəsində Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün Respublika Hərbi Prokurorluğuna təqdim edilib.
E.ŞİRİNOV