Nizami Süleymanoğlu

“Dövlət öz dövlətçiliyini sürdürdüyü ölkədə özbaşınalığın qarşısını almalı deyilmi?”

Nəsimi rayonunun IV mikrorayonunda şənbədən bazar gününə keçən gecə kirayə qaldığım evə gedirdim. Gecə on iki radələri qaranlıq cığırla, alışqan işığında. Cığırdan qaldığım bina 200-250 addımlıqda kəsə yoldur. Qaranlıq olduğuna görə oradan çox istifadə etməzlər. Kimsə arxadan “Süleymanoğlu” - deyə çağırdı. Yaxınlaşan 30-40 yaşlarında iki cavandan biri dedi ki: “Qəzetdə Nuhun gəmisini oxuduq, sənə gəmi gətirdik...” Onlardan gözüm su içmədi. Səsdə, bu gözlənilməz görüşdə sayqı deyil, qərəz duydum. Gecə vaxtı dar cığırda bu qatmaqarışıq zəmanədə hədiyyə yeri deyildi axı... Cavan əlindəki suvenir gəmi ilə ağzıma zərbə atdı. Qolumu qarşı qoysam da, zərbə qismən tutdu. O biri də üstümə atıldı. Qırx saniyəyə qədər onlar hücumda mən müdafiədə əlbəyaxa olduq. Əlbəttə imkan tapdıqları qədər vurdular. XIZIRRR... HARAYI ÇƏKDİM. Elə zənn etdilər qonşumu, ya ardımca gələn hansısa dost-tanışımı çağırıram. Belələri Həzrət Xızır Peyğəmbəri dərk etməz. Həmin an cığırın qaranlığı bir az işıqlandı. Kimsə həyətinin işığını yandırmışdı. QIŞQIRDIM KI, ŞƏKİLLƏRİNİ ÇƏKİN!

Fikir aparatları dolaşdı. Tələyə düşmüş kimi panikada qaçdılar, çığırdan göz nəzarəti olmayan sol tərəfə... BU QAÇIRTMA ELƏ HZ.XIZIRIN ALLAHIN İZNİ İLƏ KÖMƏYƏ GƏLMƏSİ İDİ. Xızır Peyğəmbərə inamım yeniyetməlikdən sarsılmazdır. Kainat sistemdir. Hz. Xızır da bu İlahi sistemdə sirli, görəvli varlıqlardandır. Bütün insanlıq aləmi üçün.

... Ağzım qanla dolmuşdu. Üst damağımın qoyma dişi də (protezim), alışqanım da düşmüşdü. Evə gedib fənər gətirdim. Onun bəzi hissəsini tapdım. Ayaq altında sınıqlanmışdı. Suvenir gəmi də yerdə qalmışdı.

Qəzetdə yazılan 11.05.2022-ci il tarixdəki “Anlayış ictimailəşməlidir”məqaləsində Nuh gəmisinə görə cavanların guya suvenir kimi gətirdikləri gəmi hədiyyəsi fikrindən anlamışdım ki, onların niyyəti öldürmək deyil, qorxutmaqla ola bilər. Əks halda onların üstümə gəmi ilə gəlməyinin, onu bağışlamaq niyyətinin, sonda elə gəmi ilə vurmaqlarının nə mənası olardı?

SİTƏMLƏRDƏN BEZMƏYƏRƏK,

DÖYÜN ÜRƏK, DÖYÜN GÖRƏK!

Cavanların hakimiyyət tərəfindən yönəldilməsi ehtimalım azdır. Bu ehtimal xeyli məntiqsizdir ona görə. Ola bilər ki, Tərtər hadisələrinə görə hansısa nisbətdə cəzalanacağı qorxusunda öz içini gəmirib yeyən kiminsə yönləndirməsi və ya kimlərəsə xoş görünmək cəhdindəndir bu qəsd hadisəsi. Hakimiyyət bilir ki, otuz ilə yaxın doğma Qarabağında yaşamaq imkanından məhrum olan xalis qarabağlının qorxu hissi çoxdan ölüb. Belə olan halda qorxmağa yeri olmayan birini hakimiyyətin qorxutmağa nə ehtiyacı? Qələm adamına, yaradıcı insanlara, ruh şairinə ən böyük zülm xalqının şüurunu axtalamaqdır ki, bu da lap çoxdan baş verib.

“Təzadlar”ın 11.05.2022-ci il tarixli sayından “Anlayış ictimailəşməlidir” səhifəlik yazısından sözügedən “Gəmi abzasını” təqdim edirəm ki, durum, qəsdin motivi müəyyən qədər müəyyənləşsin.

“İnsanlar vətən uğrunda nəyə görə fədakarlıq edir? Çünki Vətənin təhlükədə olduğunu anlayır, hətta ölüm bahasına xalqının mənafeyini qoruyur. Bilir ki, onun ailəsi, yaxınları, nəsli, davamçıları da bu xalqdandır. Buna görə gələcək naminə ölüm riskinə gedir oğullar. Bəs sonra?

Bir haşiyə.

NUH PEYĞƏMBƏR tufan öncəsi gəmi düzəldir. Ətrafdakı insanlar gəminin içini təhqiramiz halda nəcisləri ilə batırır. Hətta gəminin divarlarına, görünən hər yerinə murdarlıqlarını yaxırlar. HƏR ŞEYİ GÖRÜB, BİLƏN QÜDRƏT SAHİBİ onların arasında elə bir xəstəlik yaradır ki, sifətlərindəki yara-xoraların, içlərindəki xəstəliyin əlacı bağırsaqlarından boşaltdıqlarını gəmi döşəməsindən yığıb yemək və divarlarından qazıyıb sifətlərindəki yaralara sürtməklə olur...

BİZ HAMIMIZ yetərincə narahat zaman bilinməzliyində Azərbaycan gəmisinin sakinləriyik.TƏR-TƏR HADİSƏLƏRİNDƏ bu gəminin qoruyucuları olan ordu mənsublarının, Azərbaycan oğullarının başına dünyada misli olmayan DƏHŞƏTÜSTÜ İŞGƏNCƏLƏR AÇANLAR isə Hz.Nuh peyğəmbərin gəmisini murdarlayanlar qismindədir.Fırtınalı dəniz həmişə zibilləri sahilə qovar”.

Biri var müxalifət, biri də var toplumsal müxalifət, yəni cəmiyyətin, xalqın etirazı. Hakimiyyət gözəl bilir ki, toplumsal etirazı sona qədər parçalamaq, sıxmaq alınası deyil. YENİ PROSES BAŞLAYIB DÜNYADA. QLOBAL DALĞA DAĞ BAŞINDAN YAZIN DAĞ SELİ KİMİ GƏLİR. QARŞISINA ÇIXAN NƏ VARSA SÜPÜRLƏYƏCƏK. Təbii ki, zaman göstərəcək.

Bu baxımdan düşünürəm ki, ölkədə qayda-qanun yaratmaq olduqca vacibdir ki, özbaşınalıqlar durdurulsun. Müxalifətçi deyiləm. Qələm adamıyam.

1994-cü ildə “Aydınlıq” qəzetində “64 şahmat xanasının sayıdır”məqaləsinə görə başımdan üzümlüyün (kələsərin) beton dirəyi parçası ilə vuruldum. Dörd ay Yevlaxda qohumlarımgildə yataq xəstəsi oldum. Ayağımı yerə basanda beynim ağrıdı. Dərin çapıq o zamandan başımdadır.

2000-ci ildə “Təzadlar”dakı bir yazıya görə əli armaturlu, dəyənəkli, bıçaqlı dörd nəfər tərəfindən Nəsiminin 5 nömrəli məktəbinin qarşısında qəzet günü redaksiyadan dönərkən, qəsdə məruz qaldım. Bıçaq yaraları almışdım. Qollarımda, ayaqlarımda, bədənimdə, başımda zədələr çoxdan da çox idi. O zaman hadisədən xəbər şəklində yeddi oxunaqlı qəzet yazdı. Rəhmətlik Mirzə Xəzər dünyaya hayqırdı. Bir il sonra Bakıya gələndə də demişdi ki, sənin şüurun bambaşqadı. Gəl Avropaya...

Sıralamaq istəmirəm. Təzyiqlər, təqiblər çox oldu. İndi də indi...

YETMƏZMİ BU QƏDƏR SİTƏM?

2009-cu ildən 2019-cu ilin 30 iyuluna qədər on il QONDARMA evdənçıxarılma  mülki iddiası ilə məhkəmələrdə sürüdürüldük. Zavallı atam bu süründürmələrdə “cavabdeh” qismində üç il beyin insultu yaşadı. 2012-Cİ İLDƏ ATAM SÜLEYMAN PSİXOLOJİ TERRORUN QURBANI OLDU... Ali Məhkəmələrdə, Apelyasiya Məhkəməsində işə baxan naxçıvanlılara dedim və şəxsən Ali Məhkəmənin naxçıvanlı sədri Ramiz Rzayevə müraciətdə yazdım ki: “Hörmətli cənab, Mehri dəmir yolunu ermənilər 1989-cu ilin dekabrında dağıdanda “Bakı-Culfa-Naxçıvan” sərnişin qatarı Füzulinin o zamankı Horadiz qəsəbəsində qaldı. Dörd gün ərzində səhər, günorta, axşam 600 nəfərə qədərki sərnişinə şəxsi hesabıma 40 min manatlıq ərzaq və s. şəklində köməkliyimi Allahın mərhəməti altında etdim. YƏNİ ALLAH ADINA... HALAL XOŞLARI OLDU. AXC I QURULTAYI həmin hərəkəti alqışlayıb,təşəkkür edib. Həmin qırx minə o zaman Bakıda 8 iki otaqlı ev almaq olardı. İndi atamın 5 min manatlıq evin kupçasının öz adına deyil, Füzulidən Hamlet Rüstəmovun adına olmasından sui-istifadə edib ailəmizi şərə salanları cinayət məsuliyyətinə çəkmək əvəzinə nədən süründürürsünüz?”

... 2019-cu ildə Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisini əvəzləyən Qərbi azərbaycanlı birinə qəbulunda dedim: “Qardaş, Qərbi azərbaycanlılar Füzuli şəhərinə 88-ci ildə ağır vəziyyətdə gələndə onları ev, bağça, məktəb və digər məskunlaşma sığınacağı ilə, işlə təmin etdirmək üçün rayonu səfərbər etdim. Indi siz rəis əvəzi olaraq nədən evdən qanuni məhkəmə qətnaməsi olmadan (ən azı mübahisəli məsələlərə görə) saxta çıxarılma qərarı ilə ailəmizi şantaj edib özünüzdən zorla çıxarılma sənədləri hazırlayıb, polisi də özünüzə qoşmaq istəyirsiniz?” Cavab verdi ki: “Müəllim, siz haqlısınız, ancaq anlayın, sifariş Rusiyadandır. Sizi çıxarmasam, gərək özüm işdən çıxam”. Yeri gəlmişkən, fərqli instansiyalara etdiyim müraciətlərimin yarım kiloya qədərki qəbzlərini zibilxanaya atdığımı da xatırlayıb bu vəzifəli “yerazı” qınamadım.

Evdən ailəvi çıxarıldım. Çox ağır depressiya yaşadım. 2019.10.15 tarixli sayında “Təzadlar”da AİLƏSİNƏ DİVAN TUTULAN SUSURSA, ONDAN ADAM OLMAZ!” başlıqlı təfsilat yazısı verdim sözügedən mövzuda...

NƏ QƏDƏR Kİ, XALQIMIZ DƏRK ETMİR VARLIĞINI,

DƏRK EDƏ BİLMƏYƏCƏK ÖZ XİLASKARLIĞINI.

Min bir əzab yaşadım. “Qaçqınkom”dan hörmətli Eldar Zeynalov hörmətsizlik edib ailəmizə haqqı olan mənzili vermədi. Onun qəbulunda dedim: “NİYƏ VƏDİNDƏN QAÇIRSAN, KİŞİ SÖZÜNÜ TUTAR.” Üstümə polis çağırdı. Nə isə...

Üstündən 100 manat kəsməklə, sinsitməklə də olsa, “Qaçqınkom”dan kirayə haqqı alıb ödəyirdik. 23 gündür ki, onu da vermirlər. Niyə?

“QAÇQINKOM” ÜZƏRİNDƏN AİLƏMİZƏ QARŞI PSİXOLOJİ, MƏNƏVİ - MADDİ İŞGƏNCƏDİRMİ BU?

İDARƏETMƏ MEXANİZMİ DƏYİŞMƏSƏ XALQ MƏHV OLACAĞINI GEC DƏ OLSA ANLAMALIDIR. XALQ DƏRK ETMƏLİDİR Kİ, ONU ÖZÜNDƏN BAŞQA HEÇ BİR QÜVVƏ XİLAS EDƏ BİLMƏZ.

Təbii ki, Türkiyədən türkiyəlik gözlənilə bilər. Atatürk borc istəyəndə, yanılmıramsa, Nərimanov 500 kq qızıl verib demişdi ki, qardaş köməyi borc sayılmaz. AZƏRBAYCANA TÜRKİYƏNİN KÖMƏYİ TÜRKİYƏLİYİNİ BU ÇALXANTILI ZAMANDA, PROSESDƏ QORUYUB SAXLAMAQ UZAQGÖRƏNLİYİNDƏN KEÇƏR VƏ KEÇƏCƏKDİR.

İSTƏR ANALİZLƏRƏ, İSTƏRSƏ DƏ RUHİ GÖRÜNTÜLƏRƏ VƏ S. ƏLAMƏTLƏRƏ GÖRƏ İNANIRAM Kİ, AZƏRBAYCANA SEÇKİN YƏHUDİ DÜNYASI DAHA CİDDİ KÖMƏK ETMƏK QƏRARINA GƏLƏCƏK.

HAKİMİYYƏTLƏR GEDİCİ, XALQLAR QALICIDIR.

Əgər sevdiyinizdən üz döndərə bilirsinizsə, deməli onu heç sevməmisiniz. Sevilənə sevgi unudulmayana qədər gerçək olur. Dövlət öz dövlətçiliyini sürdürdüyü ölkədə özbaşınalığın qarşısını almalıdır.

P.S. Deyirlər polisə müraciət et. Son 20-25 il ərzində təqiblər, təzyiqlər və.sair yaradılan baş ağrılarına görə böyük instansiyalara müraciət qəbizlərinin yarım kiloqrama qədərini zibilxanaya atdım. Məni ailəvi olaraq halal ata mənzilimdən 24 il yaşadıqdan sonra elə Nəsimi rayonu qanuni məhkəmə qətnaməsi olmadan məhz polis gücünə çıxarıb. Bununla belə polis sistemində şərəfli peşə sahiblərinin varlığına sayğılarım var. Sadəcə ola bilər ki, depressiya altındayam. Qınamayın anlayın. Müraciət olacaqsa da olacaq...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN