Yazıçılar Birliyinin üzvü, 17 kitabın müəllifi, 200-dən çox kitabın elmi redaktoru, Gəncə regional televiziyasında bir çox verilişlərin ssenari müəllifi, “Pirsultan” jurnalının baş redaktoru, şair, publisist, ssenarist, 5 il bir yerdə oxuduğumuz tələbə yoldaşımız  Əsgərov Ramiz Pirverdi oğlu (Ramiz Təmkin) 62 yaşında dünyasını dəyişmişdir.  Ramiz Təmkin 1960- cı ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olmuşdur. 1986-cı ildə M.Ə.Əliyev adına İncəsənət İnstitunun Mədəni-Maarif fakültəsini bitirmişdir.

Ramiz Təmkin çox sadə, kasıb, amma şərəfli bir ömür yaşamışdır. Həmişə dövlətinə, vətəninə, torpağına bağlı insan olan Ramiz Təmkinin iki ən böyük arzusu var idi. Birincisi, işğal altında olan Qarabağ torpaqlarının azad olunmasını, ikincisi isə, Arazın o tayındakı vətənimizlə birləşib, vahid Azərbaycanı görmək idi. Birinci arzusuna çatdı və Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Ikinci arzusu isə....Hələ tələbə olarkən cənubi Azərbaycan mövzusunda yazdığı  şerin bir bəndi dillər əzbəri olmuşdu:

“Xudafərin, nə əzizdir,

Xalqımın saldığı izdir, 

O tay, bu tay da boş sözdür,

Azərbaycan tanıyıram!” 

Ramiz Təmkinin qələmindən hələ nə qədər belə şeirlər, ssenarilər, maraqlı məqalələr çıxacaqdı...  Onun vaxtsız itkisi doğmaları, yaxınları, dostları kimi, biz tələbə yoldaşlarını da üzdü.

Ramiz Təmkinin vaxtsız vəfatı ilə əlaqədar kədərləndiyimizi bildirir və ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Tələbə yoldaşları: Elman Mustafazadə (Hollandiyadan), Elçin Məmmədli, Rac Məmmədov, Almaz Məmmədova, Nailə Ələkbərova, Sona xanım, Elmira xanım, Əhməd, Namik və başqaları.  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN