Xəbər verdiyimiz kimi, bir ilə yaxındır ki, həbsdə saxlanılan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ev dustaqlığına buraxılıb.

Qulaq gündə bir söz eşitməsə kar olar deyiblər. Bu gün də eşitdik ki, sabiq nazirin adının çəkilməsini istəməyən ailə üzvlərindən biri gununsesi.info-ya Səlim Müslümovun həbsində indiki nazir Sahil Babayevin xüsusi rolu olması barədə məlumat verib.

Onun sözlərinə görə, nazir kürsüsündə oturan Babayev daxili yoxlama ilə sələfinin fəaliyyətini təftiş etdirib.

Nəticədə, bir sıra qanunsuz faktları sənədləşdirən Sahil Babayev onları Prezident Administrasiyasına, Maliyyə Nazirliyinə və Baş Prokurorluğa təqdim edib.

...Və bundan sonra sabiq nazir istintaqa cəlb edilərək həbs edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN