Daxili İşlər Nazirliyi Ağdamda Daxili Qoşunların hərbçisinin minaya düşməsi barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb. O, dərhal xəstəxanaya yerləşdirilmiş, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib. Hazırda vəziyyəti stabildir.
TEZADLAR.AZ