Dəfələrlə deyilməsinə və qadağa qoyulmasına baxmayaraq sanitar-gigiyenik qaydalara əməl etmədən yeyinti məhsulu hazırlayıb insanların həyatını risqə qoyanlar hələ də var...

Hər il qidadan zəhərlənib xəstəxanalıq olan yüzlərlə şəxs həkimlərin səyi sayəsində sağlamlıqlarını bərpa edə bilirlər. Ölüm hallarını da qeyd etməyə bilmərik. Bu dəfə Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər. Fakt aidiyyəti üzrə araşdırılır... 

Təbii ki, vətəndaşlar da bilməlidir ki, primitiv üsulla, şəraitsiz yerdə hazırlanan dönərləri yemək yolverilməsdir. Sonu belə olur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN