Rusyönlü, zorakı, homofob partiya kimi tanınan "Mühafizəkarlar Hərəkatı"nın tərəfdaşları Tbilisidə aksiya keçiriblər.

TEZADLAR.AZ xəbər verir ki, onlar həbs olunan partiya üzvlərinin azad olunmasını tələb ediblər. "Mühafizəkarlar Hərəkatı"ının üzvləri və tərəfdarları, o cümlədən bəzi din xadimləri Rustaveli prospektində Parlamentin qarşısına toplaşaraq yolu bağlayıblar. Bundan sonra onlar aksiyalarını davam etdirmək üçün “Gürcü Arzusu”nun mərkəzi ofisi qarşısına yürüş ediblər və bir müddət durduqdan sonra Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi qarşısına hərəkət ediblər. Onlar Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi qarşısında "Get-get" şüarları səsləndiriblər, ardından isə Avropa ittifaqının bayrağını yandırıblar.

24news.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN