Çexiya ötən gündən etibarən Avropa İttifaqına (Aİ) sədrliyi Fransadan təhvil alıb.
TEZADLAR.AZ xəbər verir ki, Çexiyanın prioritetləri arasında ilk yerdə Rusiyanın fevralın 24-də müharibə elan etdiyi Ukraynaya dəstək vermək və bu ölkəyə daha çox iqtisadi və hərbi yardım göstərilməsinə imkan yaratmaqdır.
Aİ-də Ukraynaya silah və texnikanın verilməsində ən çox dəstək verən ölkələr sırasında olan Çexiya Ukraynanın yenidən qurulmasına üstünlük verəcək.
Çexiya artan enerji qiymətləri fonunda həm inflyasiya, həm də Aİ-nin enerji asılılığına həll yolları tapmağa çalışacaq və diqqətini rəqəmsallaşma, kiber və kosmos təhlükəsizliyi, eləcə də yaşıl transformasiyaya yönəldəcək.
Qeyd edək ki, Çexiya Aİ daxilindəki fərqliliklərin azaldılmasını ehtiva edən uyğunlaşdırma siyasətini də müzakirə edərək, münasibətlərdəki fərqləri azaltmağa cəhd edəcək.