Bildiyimiz kimi, dünya bazarında dolların möhkəmlənməsi davam edir.

Avronun məzənnəsi isə son 20 ildən bir qədər artıq müddət ərzində ilk dəfə dollar ilə bərabərləşib.

Bəs avronun ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək?

 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də mövzu ilə əlaqədar bildirib ki, hazırda dünyada ABŞ dollarının digər valyutalara, xüsusilə də avroya nisbətən bahalaşması müşahidə olunur.

“ABŞ Federal Ehtiyatlar Agentliyinin uçot dərəcəsini sərt artırmasını, Avropa Mərkəzi Bankının nisbətən yumşaq siyasətini, Ukraynada hərbi əməliyyatların davam etməsini, Avropa bazarlarında enerji qiymətlərinin artımını bu bahalaşmanın əsas səbəbləri kimi göstərmək olar”, - deyib.

Onun sözlərinə görə avronun ucuzlaşması ixracda AB ölkələri üçün üstünlük əldə etməyə imkan versə də, idxalın bahalaşması inflyasiyaya mənfi təsir edəcək.

“İqtisadi nöqteyi-nəzərdən ucuz avro ixracda Avropa Birliyi ölkələri üçün əhəmiyyətli üstünlük yaradacaq. Amma eyni zamanda idxalın bahalaşması inflyasiyaya təzyiqi artıracaq. Avropa Birliyi Azərbaycanın mühüm iqtisadi tərəfdaşıdır. Avronun dollara nisbətən ucuzlaşması idxalda Avropa məhsullarının payının daha da artmasına səbəb olacaq. Digər tərəfdən, yerli sahibkarlarımız üçün dollar ilə ixrac olunan bazarlara məhsul satışını artırmaq daha cəlbedici olacaq”, - deyə T.Mirkişili vurğulayıb.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN