Amerika Birləşmiş Ştatları Türkiyənin ev sahibliyindә imzalanacaq taxıl sazişini mәmnuniyyәtlә qarşıladıqlarını vә bu mәsәlә ilә bağlı  Birləşmiş Millətlər Təşkilatı ilә Türkiyənin göstәrdiyi sәylәri alqışladıqlarını açıqlayıb.

ABŞ Dövlәt Departamentinin sözçüsü Ned Prays keçirdiyi gündәlik mәtbuat konfransında  Türkiyә Prezidenti  Rəcəb Tayyib Ərdoğan, Ukrayna vә  Rusiya heyәtlәri ilә BMT Baş katibi Antonio Quterreşin iştirakı ilә İstanbulda keçirilәcәk imza mәrasimi ilә bağlı deyib: "Biz bu razılaşmanı alqışlayırıq. BMT baş katibinin sәylәrini yüksək qiymətləndiririk. Oradakı türk müttəfiqlərimizin göstәrdiyi sәylәri alqışlayırıq" .

Ned Prays bildirib ki, bu, yalnız ABŞ-ın deyil, G-20 ölkələrinin də dəstəklədiyi razılaşmadır (trt).

Rusiyanı “ərzaq məhsullarından silah kimi istifadə etməkdə” günahlandıran Ned Prays razılaşmanın həyata keçirilməsini səbirsizliklə gözləyəcəklərini bildiriib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN