Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunub ki, 2022-ci ilin yanvar-iyun aylarında Gürcüstandan 6,3 milyon ABŞ dolları dəyərində keçi və qoyun ixrac olunub.

Ötən ilin müvafiq dövründə isə bu rəqəm 8,5 milyon ABŞ dolları təşkil edib, yəni əvvəlki illə müqayisədə azalıb.

 Gürcüstanın bu il diri keçi və qoyun satdığı ölkələrin siyahısında ilk yerdə Səudiyyə Ərəbistanı gəlir - 2,5 milyon ABŞ dollarla.

İkinci yerdə isə Azərbaycan qərarlaşıb - 1,4 milyon ABŞ dolları həcmində.

Daha sonra siyahıda bu ölkələrin adı yer alıb: İordaniya - 1,1 milyon ABŞ dolları,  Misir - 1,9 milyon ABŞ dolları, Qətər - 100 min ABŞ dolları.

 Qeyd edilib ki, ötən il əsas bazarlardan biri olan Küveytin adı builki siyahıda yer almayıb.

Görünür, Küveyt yerli heyvandarlığı daha inkişaf etdirib.

Xatırladaq ki, Azərbaycanda 2022-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə 8168,8 min baş qoyun və keçi mövcud olub.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci il aprelin 1-i ilə müqayisədə qoyun və keçilərin sayı isə 110,4 min baş (1,3 faiz) azalıb.

Qeyd edək ki, ötən il Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük və ətlik-südlük istiqamətli qoyunlar gətirilib. Onların ümumi sayı 1000 başdan artıq olan damazlıq heyvanlar olub.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN