69 adda ərzaq məhsulu Sumqayıt Poliqonunda məhv edildi...
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
“AZ FP CO LTD” MMC-nin Agentliyə daxil olan istehlaka yararsız və istifadə müddəti bitmiş ərzaq məhsulları ilə bağlı müraciəti əsasında həmin məhsulların məhv edilməsi barədə qərar qəbul olunub. Qərara əsasən, “AZ FP CO LTD” MMC tərəfindən istehsal olunmuş, lakin istifadəyə yararlılıq müddəti bitmiş 69 adda, 10616.84 kiloqram çəkidə xama, qaymaq, yoqurt, dondurma və digər növ süd məhsulları Sumqayıt şəhərindəki Tullantıların Zərərsizləşdirməsi Poliqonunda müvafiq qaydada məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və insanların təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.
TEZADLAR.AZ