Qaz təchizatı haqqında “Azəriqaz” İB-nə yeni səlahiyyətlər verilib.

Tezadlar.az xəbər verir ki, yeniliklər barədə “Azəriqaz” İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov məlumat verib.

O, bildirib ki, verilən yeni səlahiyyətlər çərçivəsində qurum tərəfindən istehlakçıların mənzil və obyektlərində müayinələr keçiriləcək. Həmin müayinələr nəticəsində mənzil və obyektlərdə olan mövcud vəziyyət qiymətləndiriləcək və bu vəziyyətə uyğun növbəti addımlar atılacaq.

İ.Behbudovun sözlərinə görə, yoxlanılması tələb olunan mənzilə 5 gün öncədən bildiriş veriləcək, bildirişin müddəti çatandan sonrakı 3 gün ərzində mənzilə baxış mümkün olmadıqda qaz təminatı qanunvericiliyə uyğun olaraq dayandırılacaq.

“Qanunvericilikdə göstərilən qaydada müayinə abonentlərin qaz sayğacından başlayaraq mənzil daxili qaz xətlərində, qaz qurğularında, vanna otağı və mətbəxlərdə havadəyişmə kanalları və tüstü bacalarında olan mövcud vəziyyətin texniki-normativ qaydalara uyğun yoxlanılmasıdır. Müayinə zamanı layihə smeta sənədlərində qaydalarda uyğunsuzluq qeydə alınarsa “Azəriqaz”ın aidiyyəti işləri tərəfindən qanunvericilikdə göstərilən qaydada akt tərtib olunacaq. Həmin abonentə 1 ay müddət veriləcək ki, bu müddət ərzində çatışmazlıqların aradan qaldırılmasını təmin etsin. Çatışmazlıqlar aradan qaldırılmadığı təqdirdə isə qaz təminatı dayandırılacaq. “Azəriqaz”ın bu istiqamətdə gördüyü işlər abonentlərin təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələrlə köməklik etməkdən ibarətdir”, - deyə şöbə rəisi bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN