Bu gün Avropada qaz fyuçerslərinin qiymətləri mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 3500 dolları ötüb.

London ICE birjasının məlumatına görə, hərraclar hər min kubmetr üçün 3213,2 dollar (-2,3%) səviyyəsində açılıb, lakin daha sonra qiymətlər 4,8% artaraq, min kubmetr üçün 3507,7 dollar təşkil edib.

Xatırladaq ki, martın 7-də Avropada qazın qiyməti (Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulacağından çəkinərək) hər min kubmetr üçün 3892 dollaradək yüksəlmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə Avropaya qaz nəqlinin üç gün müddətinə dayandırıldığını elan edən kimi, qiymətlər dərhal 7% artaraq, min kubmetr üçün 2800 dollara yüksəldi.

Və qiymət artımı hər gün yüksəlməkdə davam etməkdədir. Belə görünür ki, avropalılar üçün  “mavi yanacağın” keçmişdəki qiyməti hələ uzun zaman xəyal olaraq qalacaq...

Xatırladaq ki, bir zamanlar, Rusiyadan idxal edilən mavi qazın qiyməti hər min kubmetrə 177 dollar təşkil edirdi. Və bu qiymət çox baha hesab olunurdu...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN