Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkəsində Rusiyanın mavi yanacağının Avropaya çatdırılması üçün beynəlxalq qaz qovşağının yaradılacağını bəyan edib.
"Avropa indi qarşıdan gələn qışda özünü istiliklə necə təmin etmək məsələsi ilə məşğuldur. Bizim belə bir problemimiz yoxdur. Biz Rusiya Prezidenti Vladimir Putinlə ölkəmizdə qaz mərkəzi yaratmaq barədə razılığa gəldik ki, onun vasitəsilə, özünün dediyi kimi, təbii qaz Avropaya çatdırıla bilər. Beləliklə, Avropa Türkiyədən qaz sifariş edəcək”, - deyə Ərdoğan parlamentdə onun rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında çıxışı zamanı bildirib.
Türkiyədə “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi Avropanın ən böyük qaz qovşağının yaradılması ideyası ilə Rusiya Federasiyasının Prezidenti ötən həftə “Rusiya Enerji Həftəsi” forumunda çıxış edib. Onun sözlərinə görə, söhbət Türkiyədə daha bir qaz kəməri sisteminin qurulması və qovşağın yaradılması imkanından gedir ki, əgər onlar bunda maraqlı olsalar, üçüncü ölkələrə, ilk növbədə, Avropa ölkələrinə mavi yanacağın tədarük ediləcəyi qovşaq vasitəsilə.
Qovşağın yaradılması məsələsi oktyabrın 13-də Astanada Rusiya və Türkiyə prezidentləri arasında keçirilən danışıqlarda müzakirə olunub. Ərdoğanın sözlərinə görə, mərkəzin ən qısa müddətdə yaradılması planlaşdırılır, onun üçün ən uyğun yer Türkiyənin Avropa hissəsindəki Trakya bölgəsidir.
E.ŞİRİNOV