Rusiyanın dollar və avro ilə hesablaşmalardan imtina edəcəyi qaçılmazdır.
Bu fikri Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində çıxış edən Bank VTB-nin rəhbəri Andrey Kostin bildirib.
Bu barədə Rusiya mətbuatı xəbər yayıb.
“Rusiya üçün dollar və avrodan imtina etmək artıq dönməz prosesdir”.
Kostin izah edib ki, gedən prosesləri nəzərə alaraq Çin, AİB ölkələri, Türkiyə, Hindistan, Yaxın və Orta Şərq ölkələri, Latın Amerikası və Afrika qitəsi ortamüddətli perspektivdə Rusiyanın əsas xarici ticarət tərəfdaşlarına çevriləcək.
VTB rəhbərinin sözlərinə görə, bu xüsusi qrup ölkələrlə milli valyutalarda hesablaşmalara keçid əsas prioritetdir.
Xatırladaq ki, bir müddət öncə Rusiya Prezidenti ölkəsinə qarşı tətbiq edilmiş sanksiyalar səbəbindən dollardan imtina edəcəklərini və qeyri-dost ölkələrə verilən təbii qazın ödənişinin rus rublu ilə köçürülməsinə dair qərar verildiyini açıqlamışdı.
Və artıq bu ilin yayından etibarən İran və Rusiya arasında ticarət mübadiləsində dollardan imtina edilib.
Qeyd edək ki, son vaxtlar Rusiya rublunun rəsmi məzənnəsi ABŞ dollarına nisbətən xeyli ucuzlaşıb.
Analitiklərin proqnozuna görə, bu ay dolların məzənnəsi 60-65 rubl civarında qalmağa çalışacaq, eyni zamanda məzənnə 60 rubldan bir az aşağı da düşə bilər.
JASMİN