“Rosneft” Azərbaycanın SOCAR-nı “Vostok Oil” layihəsinin iştirakçıları arasında görməyə şad olacaq”.

Bu barədə Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumu zamanı Rusiya şirkətinin rəhbəri İqor Seçin bildirib.

O, vurğulayıb ki, layihənin icrası əvvəlcədən elan olunmuş qrafik üzrə davam edir.

"Biz bütün dostlarımızı, o cümlədən SOCAR-ı bu layihənin iştirakçıları arasında görməyə şad olarıq", - deyə qeyd edib.

Qeyd edək ki, Seçinin 2014-cü ildən beynəlxalq sanksiyalar altında olduğu bildirilir və bu, 2022-ci ildə daha da genişləndirilmişdir.

Xatırladaq ki, Qərbin, Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən bu lin  mart ayında “Rosneft” dövlət energetika kompaniyasının rəhbəri İqor Seçinin 88 metrlik “Amore Vero” yaxtası Marsel yaxınlığında Fransa gömrükçüləri tərəfindən saxlanılıb. 

O, Rusiyanın ən nüfuzlu adamlarındandır, həmçinin Rusiya prezidenti Vladimir Putinə ən yaxın adamlardan biri hesab olunur.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN