Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində silsilə meşəbərpa tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova TEZADLAR.AZ-a bildirib ki, payız ağacəkmə aksiyası çərçivəsində oktyabrın 28-də Qobustan rayonunun meşə fondu torpağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 2500 göyrüş və akasiya tingi əkilib.

“Eyni zamanda bu gün Şəki, Qəbələ, Quba, Tovuz, Şəmkir, Göygöl, Bərdə, Şamaxı, Ağcabədi və Sabirabad rayonlarında da ağacəkmə tədbirləri keçirilib, gün ərzində ümumilikdə 20 hektar ərazidə 14 324 ədəd ağac tingi əkilib, 1047 kiloqram toxum səpilib”.

Nazirlik sözçüsü ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, bütün təbiətsevərləri ağacəkmə aksiyalarına qoşulmağa, bu tədbirlərdə yaxından iştirak etməklə ölkə ərazisində yaşıllıq zolaqlarının, meşə parkların və meşə sahələrinin genişləndirilməsinə töhfə verməyə dəvət edib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN