RUSİYADA TAXIL BOLLUĞU YAŞANIR – KASIB ÖLKƏLƏRƏ DƏ GÖNDƏRƏCƏK

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev bildirib ki, yaxın dörd ayda Rusiya Türkiyənin iştirakı ilə  dünyanın ən kasıb ölkələrinə 500 min tona qədər taxıl tədarük etməyə hazırdır.

“Nəzərə alsaq ki, Rusiya həmişə etibarlı tərəfdaş olub və olaraq qalır və dünyanı lazımi miqdarda ərzaqla təmin etməyə və növbəti dörd ildə ən yoxsul ölkələrə 500 min tona qədər taxıl tədarük etməyə hazırdır. Biz bunu etibarlı tərəfdaşımız - Türkiyənin iştirakı ilə edəcəyik”, - deyə Patruşev  “Rossiya 24” telekanalının efirindən açıqlayıb.

 Patruşev qeyd edib ki, ümumilikdə, “builki məhsulu nəzərə alaraq, Rusiya Federasiyası Ukrayna taxılını əvəz etməyə və bütün maraqlı ölkələrə münasib qiymətlərlə tədarükləri çatdırmağa tam hazırdır”.

 Nazirin sözlərinə görə, taxıl müqaviləsi “nəinki ehtiyacı olan ölkələrin problemlərini həll etməyib, hətta onları müəyyən mənada ağırlaşdırıb”. O, taxılın ehtiyacı olan ölkələrə göndərilmədiyinə diqqət çəkib:

 “"Ukraynadan gələn gəmilərin hara getdiyini görürük - bunlar İtaliya, İspaniya, Hollandiyadır.

 Bəzi yüklərdə, xüsusən qarğıdalı, soya üçün Aİ ölkələrinin payı 60%-dən 100%-ə qədərdir.

 Yəni, həqiqətən də qidaya kəskin ehtiyacı olan və əvvəllər də ənənəvi olaraq Ukrayna məhsullarını alan dövlətlər deyil”,- deyə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri bildirib.

 O, əlavə edib ki, müqavilə zamanı ehtiyacı olan ölkələrə 500 min tona yaxın taxıl tədarük edilib, lakin ən kasıb ölkələr taxılın əsas hissəsini özləri ödəməli olublar.

  Patruşev vurğulayıb ki, artıq Rusiyada  150 milyon ton taxıl yığılıb və biz cari mövsüm üçün ixrac potensialını 50 milyon tondan çox qiymətləndirirlər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN