"Ermənilər ümumilikdə 60 min hektara yaxın meşələrimizi məhv ediblər".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev "Tezadlar.az"a açıqlamsaında bildirib. Nazir müavini işğaldan azad edilmiş ərazilərimizdə də yaşıllaşdırma, meşə ərazilərini bərpa etmə prosesinə start verildiyini diqqətə çatdırdı. F.Əliyev xatırlatdı ki, bu günlərdə (oktyabrın 20-də ) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirilib, həmçinin əraziyə 15 baş ceyran buraxılıb.

“Artıq orada işlər gedir. Biz nə ağac əkiriksə heç bir tingi xaricdən gətirmirik. Tingləri də yerli ağaclardan əldə edib artırırıq. Budama zamanı əldə edirik. Məsələn, şam ağaclarının toxumlarını əkərək çoxaldırıq. İndi yığacağınız zeytun da, əslində toxumluq zeytundur. Biz onu təhvil verməyəcəyik. Həmin zeytunu saxlayıb cücərdəcəyik və bir il sonra sahəyə köçürəcəyik. Azərbaycanda son illər, əvvəlki dövrlərdə mövcud olan zeytun ağaclarından 3 dəfə çox zeytun ağacı əkmişik. Harda ağac əkiriksə, zeytun ağacı üstünlük təşkil edib”, - F.Əliyev açıqladı.

O, Qarbağda ermənilərin yandıraraq məhv etdiyi meşələrimizin bərpasından danışarkən bildirdi ki, ilk növbədə həmin ərazilər yanmış ağaclardan təmizlənilir və daha sonra meşənin bərpası üçün toxumlar səpilir.

“Ermənilər ümumilikdə 60 min hektara yaxın meşələrimizi məhv ediblər. Yandırılmış sahələrdə elə ağaclar var, onların budaqları yanıb. Bu zaman  budama aparmaqla onlar bioloji inkişaf etdirilir. Biz daha çox marağındayıq ki, insanlar, mal-qara həmin ərazilərə qayıdanadək indidən ağac əkinini, bərpa işlərini həyata keçirək. Əfsuslar olsun ki, meşələrimizə mal-heyvan buraxılır və körpə fidanlar inkişaf edə bilmir. Bu səbəbdən bəzi sahələri çəpərləyirik ki, bu fidanlar boy atsın və mal-qara onlara zərər verməsin”, - deyə nazir müavini bildirdi.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN