“Azərbaycanda son illər, əvvəlki dövrlərdə mövcud olan zeytun ağaclarından 3 dəfə çox zeytun ağacı əkmişik.”

Bunu Ekologiya nazirinin müavini Firdovsi Əliyev "TEZADLAR.AZ"a açıqlamasında  bildirib.

Onun sözlərinə görə, hazırda tinglik üçün xaricdən heç bir ağac növü gətirilmir və yerli ehtiyaclar ting artırma yolu ilə ödənilir.

F.Əliyev ənənəvi olaraq keçirilən ağacəkmə aksiyalarından, marafonlardan danışarkən xatırlatdi ki, noyabrın 11-də böyük bir aksiya keçiriləcək və bir gündə 111 min ağac əkiləcək.

“…Gələn il Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi olacaq. Bununla bağlı ağacəkmə təşəbbüsü irəli sürülüb. Azərbaycan da  dörd ildir ki, bu təşəbbüsə qoşulub və noyabrın 11-də Bakının Müşfiqabad qəsəbəsinin ərazisində müxtəlif növ ağaclar əkiləcək”, - deyə nazir müavini bildirdi.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN