Rusiya oktyabr ayında Hindistana neft ixracatçıları arasında birinci yerə çıxıb.
Bunu VORTEX-in bütün dünya üzrə tanker neft və qaz nəqlinə görə izləmə şirkəti bildirib.
"Oktyabr ayında Rusiya Hindistana gündə 946 min barel neft təhvil verib ki, bu da ay ərzində yüksək göstəricidir və Hindistana edilən bütün xam neft idxalının 22% -i təşkil edir. Eyni zamanda, oktyarda Hindistana edilən tədarükdə İraqın payı 20,5%, Səudiyyə Ərəbistanının payı 16% təşkil edib.
Dəqiqləşdirilib ki, oktyabr ayında xam neftin Hindistana idxalının həcmi sentyabr ayı ilə müqayisədə 5% çox olub, Rusiyadan idxal isə 8% artıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Rusiya neftinin Çinə ixracı da illik müqayisədə təxminən 8,8% artaraq 64,25 milyon ton təşkil edib.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 44,06 milyard dollar təşkil edib.
JASMİN