Milli Statistika İnstitutu bu gün bildirib ki, Türkiyədə illik inflyasiya oktyabrda bir ay əvvəlki 83,45% ilə müqayisədə 85,51% təşkil edib.

Eyni zamanda, müstəqil İnflyasiya Analizi Qrupu (ENAG) Türkiyədə oktyabr ayında inflyasiyanı 185,34% qiymətləndirib. Sentyabrda onun məlumatına görə, bu, 186,27% təşkil edib.

Türkiyə Mərkəzi Bankının rəhbəri Şahap Kavcıoğlu daha əvvəl bildirmişdi ki, bu ilin sonuna ölkədə inflyasiyanın 65,2%-ə çatacağı gözlənilir. İlkin olaraq 42,8% nəzərdə tutulurdusa, daha sonra bu rəqəm 60,4%-ə dəyişdirilib.

Türkiyə Mərkəzi Bankı ötən ilin sonundan bu ilin avqustuna qədər əsas uçot dərəcəsini 14% səviyyəsində saxlayıb, sonra isə onu azaltmağa başlayıb. İndi bu, 10,5% təşkil edir.

Qeyd edək ki, ötən ilin dekabrından Türkiyə hakimiyyəti türk lirəsinin möhkəmlənməsinə yönəlmiş qondarma yeni iqtisadi siyasət həyata keçirir. Lakin Türkiyənin milli valyutası ilin əvvəlindən 25%-dən çox dəyər itirib və iqtisadçıların fikrincə, bu tendensiya davam edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN