İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu ixrac coğrafiyasını genişlənməkdə davam edir.
Belə ki, şirkət tərəfindən ilk dəfə olaraq Polşa, İsrail və Yunanıstana məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkələrə 26 min tondan çox məhsul göndərilib.
Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 15-dən çox ölkəsinə ixrac edilir.
İndiyədək müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85%-dən çoxu ixracın payına düşür.
TEZADLAR.AZ