Qazaxıstan Respublikası Prezident Administrasiyası rəhbərinin birinci müavini Timur Süleymanov ölkənin dövlət borcunu şərh edib.
O, qeyd edib ki, Qazaxıstanın dövlət borcu olduqca kiçikdir – Ümumi Daxili Məhsul (ÜDM) ümumdünya standartında 50 - 60% -dir, ölkəsində isə 27%-dir.
Xatırladaq ki, Azərbaycanda cari ilin yanvar-avqust aylarında 84880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artmışdır.
ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olmuşdur.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, Azərbaycanda 2022-ci ildə Azərbaycanın nominal ÜDM-i 93 milyard manat, 2023-cü ildə 95 milyard manat, 2024-cü ildə 98 milyard manat təşkil edəcək.
Y.MƏMMƏDLİ