Sahibkar 24 milyon 255 min 282 manat dəyərində layihəsinin 10 milyon manatını SiF-dən götürdüyü kredit hesabına gerçəkləşdirib 

“Xızı Aqro” MMC-nin yaradıcısı, hazırda müəssisədə müdir müşaviri vəzifəsində çalışan sahibkar Məhəmməd Nağıyev bildirib ki, bağçılıq təsərrüfatının yaradılması məqsədilə 24 milyon 255 min 282 manat dəyərində layihə hazırlayıb və onun bir hissəsinin maliyyələşdirilməsi üçün SİF-dən 10 milyon manat kredit götürüblər.

Qeyd edib ki, 2021-ci ilin mayında 72 ay müddətinə verilmiş bu kredit hesabına Qusar rayonunun iki kəndinin ərazisində alma, armud, badam, qoz bağları salınıb.

Onun sözlərinə görə, SİF-dən alınan kredit hesabına ümumilikdə 1.000 hektar ərazidə bağçılıq təsərrüfatı yaradılacaq:

“Gələn il alma ağaclarından az da olsa, məhsul əldə edəcəyimizi gözləyirik. İlk ildə bağ 10 faiz həcmində məhsul verəcək. Sonrakı 3 ildə bu faiz göstəricisi getdikcə yüksələcək və dördüncü ildə bağ 100 faiz məhsul əldə edəcəyik”, - deyə sahibkar bildirib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN