Bu gün qazaxıstanlı deputatlar Qazaxıstanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasındakı kreditlə bağlı müqavilənin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul ediblər.
Bu, Covid-19 pandemiyasından sonra ölkə iqtisadiyyatının bərpasına yönəldiləcək.
Qazaxıstanın maliyyə naziri Yerulan Jamaubaev bildirib ki, kredit vəsaiti respublika büdcəsinin kəsirini maliyyələşdirməyə və sosial-iqtisadi vəziyyətin anti -koronavirus tədbirləri çərçivəsindəki sabitliyin dayanıqlığını təmin etmək məqsədi daşıyan tədbirlər toplusuna sərf olunacaq.
" BYİB 345,7 milyon avro məbləğində olan krediti Qazaxıstana 2,5 illik güzəşt müddəti də daxil olmaqla 11,5 il müddətinə verilir”, - deyə nazir açıqlayıb.
Saziş vahid tranş şəklində qüvvəyə mindikdən sonra kredit vəsaiti ayrılacaq.
Parlamentin qəbul etdiyi qanun layihəsini Qazaxıstan prezidenti imzayacaq.
JASMİN