BCS Bank özündən asılı olmayan səbəblərə görə fiziki şəxslər üçün Türkiyə və Azərbaycana avro və dollar köçürmələrini dayandırıb. Bu barədə kredit təşkilatının saytında məlumat verilib.
"BCS Bank-dan asılı olmayan səbəblərə görə fiziki şəxslər üçün Türkiyə və Azərbaycana avro və ABŞ dolları ilə daxil olan və çıxan köçürmələr müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda bildirilir.
Kredit təşkilatı əlavə edib ki, bu ölkələrə ödəniş və köçürmələrin bərpası üçün mümkün olan hər şeyi edirlər. "Bu cür əməliyyatların bərpası üçün nəzərdə tutulan vaxt barədə sizə məlumat verəcəyik", - deyə bank əlavə edib.
BCS Bank bu il noyabrın 14-dən Türkiyə və Azərbaycana dollar və avro ilə köçürmələrə başlayıb.
E.ŞİRİNOV