Stokholm Arbitraj Məhkəməsi prezident Vladimir Putinin Rusiya qazının rublla ödənilməsi haqqında fərmanını qüvvədə saxlayıb və Finlandiyanın dövlət enerji şirkəti “Gasum”a qaz tədarükü üçün “Qazprom Export”a 300 milyon avro ödəməyə məcbur edib.
“Qazprom Export”un hesabatında qeyd edildiyinəgörə, tribunal Rusiya qazı üçün ödənişin rubla köçürülməsini fors-major hal kimi tanıyıb və buna görə də qanuni olub. Bundan əlavə, “Gasum” külli miqdarda pul ödəməyə məcbur edilib.
“Arbitraj Məhkəməsi öz qərarında, digər məsələlərlə yanaşı, “Gasum”a qaz tədarükünə görə və “al və ya ödə” öhdəliyini, habelə faizləri yerinə yetirməməsi ilə əlaqədar “Qazprom Eksport”a 300 milyon avrodan çox borcunu ödəməyi əmr etdi”, – “Qazprom”un bəyanatında deyilir.
Əvvəllər Finlandiya Rusiya qazının ödənişi baxımından ölkənin ümidsiz vəziyyətini etiraf edib. Müqavilə “al və ya ödə” prinsipi ilə bağlandığından “Gasum” mavi yanacaq almağa məcbur olub. Üstəlik, müqavilə uzunmüddətlidir.
E.ŞİRİNOV