Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya BMT-dən Rusiya taxılının və gübrələrinin ixracını təmin etmək üçün işlərin yekunlaşacağına dair zəmanət alıb.

"Biz bildiririk ki, BMT-nin bu işinin öz nəticəsi var. ABŞ, Böyük Britaniya və Aİ-nin birgə bəyanatı var. Bu bəyanatda Rusiyanın qida və gübrə ixracatçılarına sanksiya rejimində istisnalar nəzərdə tutulur", - Kremlin noyabrın 17-də bildirib. .

O, həmçinin qeyd edib ki, bu addımlar müsbət mənada irəliləyişdir.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski və ölkənin infrastruktur naziri Aleksandr Kubrakov taxıl müqaviləsinin müddətinin uzadıldığını elan etmişdilər. Rusiya Xarici İşlər Nazirliyi də razılaşmanın 120 gün uzadıldığını təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN