Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyib ki, Budapeşt Yaxın Şərqdə "vəziyyəti normallaşdırmaq" üçün İranla iqtisadi əməkdaşlığı planlaşdırır.
Bu barədə macar nazir öz Facebook səhifəsində məlumat verib.
Siyyarto İranın iqtisadiyyat nazirinin müştərək iqtisadi komitənin iclasına qatılması üçün Budapeştə səfər edəcəyini elan edib və İranın beynəlxalq əməkdaşlıq sisteminə qaytarılmasının zəruriliyini bəyan edib.
"Dünyada bir çox problemlər var və son günlər biz gördük ki, münaqişələr necə asanlıqla idarəolunmaz hala düşə bilər. Qlobal təhlükəsizliyə təhdid mümkün qədər münaqişələrə son qoymaqla azaldıla bilər. Əgər biz İranın beynəlxalq əməkdaşlıq sisteminə inteqrasiyasına nail ola bilsək, Yaxın Şərqdəki bütün vəziyyətin sabitliyinə doğru böyük bir addım ata bilərdik”, - Siyyarto vurğulayıb.
JASMİN