Ticarət mərkəzində məhsulu götürmək üçün nəzərdə tutulmuş polietilen (salafan) paketlərdən istifadə qadağan olunur.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, adı çəkilən qanun 2 yanvar 2023-cü il tarixindən qüvvəyə minib. Nəticədə, indiyədək məhsulu götürmək üçün polietilen torbadan istifadə etmək mümkün idisə, cari aydan etibarən analoji kisələrdən istifadə qayda pozuntusu hesab edilərək müvafiq inzibati məsuliyyətə cəlb olunacaq.
Hökumətin 14 dekabr qərarına əsasən, 2023-cü ilin iyun ayından dəyişiklik tullantılar üçün nəzərdə tutulan polietilen torbalara da şamil ediləcək. Xüsusilə, iyunun 1-dən tullantılar üçün nəzərdə tutulan polietilen torbanın üzərində gürcü və ya ingilis dilində “tullantılar üçün” yazısı və ya müvafiq simvol yazılmalıdır.
Azərbaycanda da bir müddət əvvəl belə bir qadağanın olacağı barədə xəbərlər oldu. Lakin hələki hər hansı bir qərar yoxdur. Və Azərbaycanda sellofan kisələr pulsuz verilir.
Rusiyaya gəlincə, bu ölkədə ticarət şəbəkələrində sellofan kisələr pulla satılır.
A.Məmmədli