Gənc sahibkarlar biznesini inkişaf etdirmək üçün dövlətin güzəştli maliyyə mexanizmlərindən yararlanırlar.
TEZADLAR.AZ İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun məlumatına istinadən xəbər verir ki, son 5 il ərzində 348 gənc sahibkara 66,1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 1615 yeni iş yerinin yaradılması nəzərdə tutulub.