Avropada qaz ehtiyatlarının istehlakı 2014-cü ildən minimal həddə çatıb - yeraltı qaz anbarlarından (UGS) çıxarılma cəmi 13,64 milyard kubmetr təşkil edib.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS Avropanın Qaz İnfrastrukturunun (GIE) məlumatlarına istinadən yazır. Eyni zamanda, anbarların orta doluluq səviyyəsi tarixi maksimum 72 faiz səviyyəsində qalır.
Ehtiyatlar son beş ildə bu tarixə olan orta göstəricidən 19,79 faiz bəndi çoxdur və 78,1 milyard kubmetr təşkil edir. Yanvarda Avropanın UGS obyektlərinə qazın vurulması da rekord həddə yaxınlaşıb - onlar 1,6 milyard kubmetr həcmində artırılıb ki, bu da 2011-ci ildən bəri 2022-ci ilin yanvarından sonra bütün müşahidələr dövrü üçün ikinci nəticədir.
Noyabrın 14-də istilik mövsümü başlayandan Aİ ölkələri 29,83 milyard kubmetr qaz istehlak edib. Eyni zamanda, yanvar ayında Aİ-nin elektrik enerjisi istehsalında külək istehsalının orta payı çox yüksək olub və təxminən 22 faiz təşkil edib.
Yüksək ehtiyatlar və isti hava şəraiti fonunda yanvarda qazın qiyməti xeyli aşağı düşüb - onun orta qiyməti min kubmetr üçün 710 dollara düşüb. Ayın sonunda TTF qovşağında qazın fevral fyuçerslərinin qiyməti regionda proqnozlaşdırılan istiləşmə fonunda 600 dollardan aşağı düşüb. Artıq bu həftə gəlməlidir - temperatur bu dövr üçün orta dəyərlərdən yuxarı qalxmalıdır.
Bundan əvvəl BCS World of Investments bildirmişdi ki, “Qazprom”un yanvarda Avropaya ixracı spot bazarda qazın daha cəlbedici qiymətləri səbəbindən sovet dövrünün səviyyəsinə düşüb. Ukrayna ərazisindən qaz tranziti 2022-ci ilin dekabr ayı ilə müqayisədə 45 faiz azalaraq sutkada 24 milyon kubmetrə düşüb.
E.ŞİRİNOV