Bu ilin yanvar ayında Azərbaycanın İsraillə ticarət dövriyyəsinin ümumi həcmi 83 339,35 min ABŞ dolları və ya 53,9 faiz artaraq 237 986,55 min dollar təşkil edib.

TEZADLAR.AZ xəbər verir ki, vergiler.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan İsrailə 237 182,49 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 82 971,9 min dollar və ya 53,8 faiz üstələyir.

İsraildən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 3,7 dəfəyədək və ya 367,44 min dollar artaraq 804,06 min dollara çatıb.

Son bir ayda ölkənin ümumi ticarət dövriyyəsində İsrail ilə ticarətin payı 7,23 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 3,42 faiz bəndi çoxdur.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN