"İcarəyə verilən torpaqlarda məhsulardlıq meyarı üzrə öhdəliklərin də nəzərə alınmasına ehtiyac var".
***
Milli Məclisin sonuncu plenar iclasında digər çıxışım zamanı dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi proseduralarının sadələşdirilməsi ilə bağlı təkliflərimi təqdim etdim.
Bu barədə millət vəkili Vüqar Bayramov özü məlumat paylaşıb.
O, qeyd edib ki, “Torpaq icarəsi haqqında” qanuna edilən dəyişikliklərdə icarə götürənlərə elektron müraciət ilə yanaşı, birbaşa ərizə ilə müraciət hüququnun verilməsini təklif etdim.
Onun sözlərinə görə, rayonlarımda torpaq icarəyə götürənlərin bir sıra hallarda elektron müraciətdən istifadəsində çətinliklər olur və bu baxımdan, yaxşı olar ki, həm elektron, həm ənənəvi formada müraciət imkanları saxlanılsın.
Millət vəkili vurğulayıb ki, vətəndaşların müraciətinə 15 gün ərzində cavab verilir və bu müddət uzun olduğu üçün 10 günədək qısaldılsın.
“ Bu müraciətlər zamanı elektron xidmətlərdən istifadə səviyyəsinə uyğun seçim imkanları verərdi.
Eyni zamanda, müraciətlərə baxılması üçün müddətin azaldılmasına da ehtiyac var. Elektron müraciətə baxmayaraq, ərizəyə 15 gün müddətində baxılıb vətəndaş cavablandırılır. Müddətinin uzun olmasının nəzərə alaraq, günlərin sayının 15-dən 10-dək endirilməsi məqsədəuyğun olardı”, -deyə bildirib.
Vüqar Bayramov torpağın məhsuldarlığı nəzərə alınmaqla vətəndaşa öhdəlik verilməsinin vacibliyinə də diqqət çəkib:
“Eyni zamanda, icarəyə verilən torpaqlarda məhsulardlıq meyarı üzrə öhdəliklərin də nəzərə alınmasına ehtiyac var. Bu torpağın keyfiyyət meyarlarının qorunması baxımdan vacibdir”, -deyə əlavə edib.
JASMİN