Aqroparklarda hər hektara görə məhsuldarlıq ölkədəki digər analoji sahələrdəki məhsuldarlıqdan 2 dəfə çoxdur.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşmasında rolu" mövzusunda keçirilən elmi konfransda deyib.

Nazir müavini əlavə edib ki, bu, yeni yanaşmaların, tətbiq edilən yeni texnologiyaların, insanların işə münasibətinin nəticəsində mümkün olub.
S.Ələkbərovun sözlərinə görə, hazırda Azərbaycanda 32 rayonda 51 parkın yaradılması üçün iş aparılır ki, onun da 44-ü artıq fəaliyyət göstərir. Aqroparklarda ümumilikdə 10 minə yaxın insanın işlə təmin edilməsi nəzərdə tutulur.

TEZADLAR.AZ