“Mükafatların (Bonusun) verilməsi işçilərin əlavə ödənişləri almaq hüququnu məhdudlaşdırmır, bu ödənişlır işçinin ümumi əmək haqqına daxil edilir, lakin heç bir halda işçinin əsas taarif maaşına daxil edilə bilməz”.

***

Məlum olduğu kimi, bəzi idarə və müəssisələrdə, özəl şirkətlərdə... işçilərin hüquqları pozulur. Bu isə əsasən həmin şəxsin öz hüququnu bilməməsi səbəbindən baş verir.

Məsələ ilə bağlı hüquqşünas Azər Quliyev də “Təzadlar”a bildirib ki,  hüquqlarının pozulmaması üçün hər bir işçi hüquqlarını bilməlidir.

Hüquqşünasın sözlərinə görə, ən vacib olanı aşağıda qeyd edilənlərdir:

“ Aylıq əmək haqqınız 3 hissədən ibarət ola bilər:

1. Əsas taarif maaşı.

2. Əsas taarif maaşına edilən əlavələr (dəniz əmsalı, axşam və gecə saatlarına görə ödəniş, zərərli işə, susuzluğa, normadan artıq işə görə və s.).

3. Mükafatlar. Birinci 2 ödəmə, yəni, əsas taarif maaşı və əlavələr, bunları almaq hüququ olan işçilərə bu ödəmələrin verilməsi imperativ (məcburi) xarakter daşıyan hüquq normasıdır. 3-cü ödəmə olan mükafat (bonus) isə könüllü ödəmədir, əmək müqaviləsində və ya kollektiv müqavilədə razılaşdırılan, işəgötürənin bu mükafatı vermə iradəsindən, işəgötürən və işçi arasında olan razılaşmadan asılıdır. Mükafatların (Bonusun) verilməsi işçilərin əlavə ödənişləri almaq hüququnu məhdudlaşdırmır, bu ödənişlır işçinin ümumi əmək haqqına daxil edilir, lakin heç bir halda işçinin əsas taarif maaşına daxil edilə bilməz”, -deyə Azər Quliyev vurğulayıb.

Həmçinin o, qeyd edib ki, Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

“Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir”, -deyə əlavə edib.

***

Hüquqlarınızı bilin ki, işəgötürənlərdən haqqınızı tələb edə biləsiniz və onların sizin əmək hüquqlarınızı pozma şansları olmasın.

 

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN