Həm vergi qanunvericiliyinin, həm də vergi inzibatçılığının keyfiyyətinin və əlçatanlığının artırılması, bütövlükdə vergi yükünün və vergi səmərəliliyinin ölçülməsi istiqamətində işlər görülüb.
Əlverişli biznes layihəsində göstərilən meyarlar üzrə ilkin qiymətləndirmələr aparılıb.
Bunu Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda keçirilmiş konfransdakı çıxışı zamanı bildirib.
O, qeyd edib ki, biznes qaydaları sadə və sabit olmalıdır, birmənalı şərh edilməlidir. “Qaydalar hazırlanarkən sahibkarların bununla bağlı fikirləri, təşəbbüsləri və təklifləri nəzərə alınmalıdır”, -deyə bildirib.
Samirə Mustafayeva diqqətə çatdırıb ki, məhz bu səbəbdən biznes mühiti üzrə rəy və münasibət əldə etməyə imkan verən sorğuların keçirilməsi ilə bağlı müfəssəl qaydalar hazırlanıb, “Sorğular və təkliflər” adlı elektron xidmət istifadəyə verilib.
Y.MƏMMƏDLİ