Londonun ICE birjasında ticarət zamanı Avropada qazın qiyməti aşağı düşüb. Saytın məlumatına görə, martın 3-də keçirilən sessiyada qiymət min kubmetr üçün 500 dollardan aşağı düşüb. Bu, 23 avqust 2021-ci ildən bəri ilk dəfə baş verib.

Gün ərzində ümumi qiymət azalması 3 faiz təşkil edib. Hollandiyanın TTF qovşağında aprel fyuçerslərinin dəyəri min kubmetr üçün 498,5 dollara düşüb.

Ümumilikdə, bu qış yanacağın qiyməti 3 dəfə ucuzlaşıb. Əgər noyabrın 30-da qaz fyuçersləri 1000 kubmetr üçün 1550 dollara satılırdısa, fevralın 28-də ticarət 515 dollardan bağlanıb.

Bu tendensiya regionda çox isti hava şəraiti ilə əlaqələndirilir. Bundan əlavə, Aİ-nin elektrik enerjisi istehsalında külək istehsalının payı dekabr və yanvar aylarında yüksək səviyyədə olub və yanvarın 15-də 35,4 faizlə bütün zamanların rekorduna çatıb. Ümumiyyətlə, Avropa isti qış sayəsində enerji böhranından qaça bildi. Lakin indi qaz ehtiyatda “ilişib” və onun bazar dəyəri ucuzlaşır. Bussines Insider yazıb ki, spot bazarda hər hansı satış zərər görəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN