Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağının tikintisinə Türkiyənin pulu yoxdur.
Ankara irimiqyaslı zəlzələlərin nəticələrini təmizləyərkən Moskva maliyyələşdirməni öz üzərinə götürməli və layihəyə sərmayə qoymalı olacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan bildirib.
"Türkiyədə baş verən zəlzələlərdən sonra çox şey dəyişdiyi üçün habla bağlı danışıqlar dayandırılıb. Bütün prioritetlər dəyişdi. İndi onu tikməyə pulumuz yoxdur. Əgər Rusiyanın pulu varsa, lütfən, mərkəz tikməyə başlayın. Hamısı investisiyadan asılıdır", - Erhan Rusiya mətbuatına bildirib.
Bundan əlavə, Türkiyənin Energetika Nazirliyi qaz qovşağının müzakirəsi üçün fevralın 14-dən martın 22-nə təxirə salınan İstanbul görüşünün baş tutmayacağını - bu dəfə qeyri-müəyyən müddətə təxirə salındığını bildirib.
Putinin Ankaraya qaz təklifi
UNİAN daha əvvəl xəbər verib ki, Rusiya Avropaya enerji təsirini saxlamaq üçün Türkiyə vasitəsilə daha çox qaz ixrac etmək, onu yeni qaz “qovşağına” çevirmək istəyir.
Ərdoğanın bu yolla Putinə tələ quracağı gözlənilir.
Moskva həm qaz, həm də pul itirmək riski ilə üzləşir.
2022-ci il oktyabrın 4-də Türkiyə “Qazprom”a ciddi qaz təklifi etmək qərarına gəlib.
E.ŞİRİNOV