Alyaskadan olan ABŞ senatoru Den Sallivan prezident Co Baydeni ABŞ-ın ən böyük ştatında neft hasilatını qadağan etməkdə ittiham edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Prime” agentliyi məlumat yayıb.

O, ABŞ-ın Alyaskada çıxarmaq əvəzinə, Venesueladan gündə 100 min barel neft idxal etməsindən qəzəblənib.

Senatorun sözlərinə görə, dövlət başçısı Alyaskaya Amerika enerjisinin istehsalına icazə vermir. "Mövcud administrasiyada bizə Venesueladan daha pis münasibət var", - deyə Sallivan yekunlaşdırıb.

2021-ci ildə Alyaska federal hakimi ConocoPhillips-in ştatdan kənarda neft qazma layihəsinin qadağan edilməsinə qərar verdi. Tədbir ətraf mühit fəallarının vəhşi təbiətə qayğı göstərməyə və karbon emissiyalarının qarşısını almağa çağıran iddiasına cavab idi.

Bundan əvvəl Amerika lideri dövlət torpaqlarında və dəniz şelfində neft və qaz yataqlarının işlənməsi üçün yeni lisenziyaların verilməsini dayandırmaq haqqında fərman imzalayıb.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN