Yayda bahalaşan çörək və unun qiyməti enib.

Bu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yoxlamaları nəticəsində məlum olub.

 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nin apardığı Monitorinq nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub.

Qeyd edilir ki, dünya  bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.

Qeyd etmək lazımdır ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307.4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354.4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır.

Xatırladaq ki, ötən il avqustun 19-dan Azərbaycanda un və çörəyin qiyməti bahalaşıb - 50 kq-lıq unun kisəsi - 40,70 manat və bir qədər də yüksək qiymətə təklif olunurdu. Bunun nəticəsində unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edirdi.

Lakin həmin 70 qəpiklik çörəklər də 650 qram əvəzinə 630 qramlıq çəkidə satılırdı.

Bu gün məşhur marketlərdən birində apardığımız müşahidələr nəticəsində məlum oldu ki, hazırda “Soba” Binə Çörək Zavodunda istehsal olunan 630 qramlıq ənənəvi (dairəvi) çörəyin qiyməti 5 qəpik ucuzlaşaraq 65 qəpik təşkil edib. Amma “Nur”un 630 qramlıq çörəkləri əvvəlki kimi 70 qəpiyə satılır.

y-1

Onu da diqqətə çatdıraq ki, 2023-cü ilin yanvar ayında Azərbaycana 43 milyon 423 min dollar dəyərində 142  656 ton buğda idxal edilib. yanvar ayında Azərbaycana 32 milyon 475 min dollar dəyərində 93 705 ton buğda idxal edilmişdi. Belə ki, illik müqayisədə buğdanın idxalı dəyər ifadəsində 37%, miqdar ifadəsində isə 1.5 dəfə artıb.

Azərbaycana 1 ton buğdanın orta idxal qiyməti 346 dollardan 304 dollara düşüb (42 dollar azalıb).

 Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN